Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə peşə təhsili müəssisələrinin Karyera Mərkəzləri ilə görüş keçirilib.
35 peşə təhsili müəsisəsindən nümayəndənin iştirak etdiyi görüşdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təhsil müəssisələri ilə bu günədək görülmüş işlər, peşə təhsili müəssisələrinin karyera mərkəzlərinin fəaliyyətləri barədə məlumatlar verilib. Görüşdə həmçinin qarşılıqlı əməkdaşlıq təklifləri, tələbələrin karyera mərkəzlərindən gözləntiləri mövzuları müzakirə edilib, tərəflər öz təcrübələrini bir-biri ilə bölüşüb.
Sonda əməkdaşlığın genişləndirilməsi üçün mütəmadi görüşlərin keçirilməsi razılaşdırılıb.