Home » Təmassız ödənişlərin həcmi artacaq – PROQNOZ

Təmassız ödənişlərin həcmi artacaq – PROQNOZ

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rəqəmsallaşma prosesləri koronavirus pandemiyasının yayılması ilə ildən ilə sürətlənməyə davam edir. Bu tendensiya plastik kartlara da təsirsiz ötüşməyib. Belə ki, son illərdə ödəniş kartları tranzaksiyalarında təmassız ödəniş kartlarının payı kəskin artmağa davam edir.

Bankçılıq texnologiyaları sahəsində araşdırmalarla məşğul olan “RBR” şirkəti tərəfindən aparılan araşdırmaya əsasən, 2020-ci ildə 149 milyard səviyyəsində olan təmassız ödənişlər göstəricisi 2026-cı ilədək illik 23%-lik artımla 522.3 milyard səviyyəsinə yüksələcək.

Digər tərəfdən, təmassız kartların yayılma radiusunun da artması proqnozlaşdırılır.  Araşdırmaya daxil olan 65 ölkə üzrə təmassız ödənişlərin ümumi plastik kart ödənişlərində payının 2026-cı ilədək 81% səviyyəsinə qalxması proqnozlaşdırılıb.

“Juniper Research” tərəfindən aparılan araşdırmaya görə isə, təmassız ödənişlərin həcmi 2024-cü ilədək 300%-dən çox artımla 6 trilyon dollar səviyyəsində qərarlaşacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.