Dünyanın ən güclü iqtisadiyyatına malik olan ölkələrindən biri ABŞ-da tənəzzül qorxularına rəğmən, iqtisadiyyatı böyüyüb.
BBN.az NBC News TV-yə istinadən xəbər verir ki, son hesabata, əsasən ölkə iqtisadiyyatının mənzərəsini müəyyən edən Ümumi Daxili Məhsul (ÜDM) göstəriciləri uzun müddət davam edən azalmadan sonra artıb, 2.6%.
Bu xəbərdən sonra səhm bazarında da dəyişiklik müşahidə edilib, belə ki, Dow Jones 194.17 bənd artıb, S&P 500 isə 23.30 bənd, başqa sözlə 0.61% enib, NASDAQ isə 176.32 bənd azalıb.
ÜDM ilə bağlı müsbət göstəricilərə, rəğmən ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsindədir, sentyabrda illik inflyasiya 8.2% olub. Noyabrında əvvəlində isə ölkə Mərkəzi Bankının faiz dərəcələrinin yenidən artırılması istiqamətində iclası olacaq, Bank iqtisadiyyatı yavaşlatmaqla inflyasiyanı aşağı salmağa çalışır. Bəzi ekspertlər isə bildirirlər ki, ABŞ-da tənəzzülün yüngül forması olacaq, bu isə 2023-cü ilin əvvəlində baş tutacaq. Tənəzzülün yüngül olacağı ehtimalları isə inflyasiyaya rəğmən, son ÜDM rəqəmlərinin müsbət olması, işsizlik səviyyəsinin aşağı olması və alıcılıq qabiliyyətinin hələ də yüksək olması ilə bağlıdır.