Home » Tramp Kanadadan idxal olunan məhsullara tarifləri 50%-dək artıracaq

Tramp Kanadadan idxal olunan məhsullara tarifləri 50%-dək artıracaq

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan bir sıra məhsullara tətbiq edilən tariflərin artırılacağını açıqlayıb.

BBN.az xəbər verir ki, Trampın sözlərinə görə, 2027-ci il yanvarın 1-dən Kanada istehsalı olan avtomobillər, yük maşınları, avtomobil hissələri və polad məhsullarına tətbiq edilən tariflər 50%-dək yüksəldiləcək.

ABŞ Prezidenti bildirib ki, yeni tariflər yalnız ABŞ-a idxal olunan məhsullara şamil ediləcək. Hazırda Kanadadan idxal edilən minik və yük avtomobillərinə tətbiq olunan rüsum 25% təşkil edir.

Kanadanın Baş naziri Mark Karni isə ABŞ-ın yeni tariflərinə “dollara dollar” prinsipi ilə cavab veriləcəyini açıqlayıb. Məlumata görə, Kanadanın cavab tarifləri 8 sentyabrdan qüvvəyə minəcək.

Yeni qərarın iki ölkə arasında onsuz da gərgin olan ticarət münasibətlərini daha da kəskinləşdirəcəyi və Şimali Amerika avtomobil sənayesində istehsal xərclərinin artmasına səbəb ola biləcəyi gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.