Home » Təcrübəçilərə ən çox pul ödəyən qlobal şəhərlərin TOP 10-ğu – Yeni hesabat

Təcrübəçilərə ən çox pul ödəyən qlobal şəhərlərin TOP 10-ğu – Yeni hesabat

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Tələbələr və karyerasına yeni başlayanlar təcrübə proqramları axtaran zaman onlar üçün yer, şirkətin dəyərləri, iş-şəxsi həyat balansını qoruyan kompaniyalara müraciət olduqca vacibdir. Lakin inflyasiyanın yüksəlməsi fonunda yaxşı pul ödəyən şirkətlər təcrübəçilər üçün ən vacib motivasiyadır.

Henley Business School-un kouçluq və davranışların dəyişməsi üzrə professoru Holy Andrews-un sözlərinə görə, təcrübə proqramları ona görə yaxşıdır ki, potensial işçilər iş həyatında uğurlu olmaq üçün hansı bacarıqların tələb olunduğu haqqında məlumatlı olurlar və özlərini ona hazırlayırlar. Bəs, təcrübəçilər daha çox hansı şəhərlərdə qazana bilərlər? Bizneslərə brendləşməyə kömək edən Business Name Generator-un (BNG) yeni hesabatı məhz bu TOP 10 şəhəri toplayıb. Maraqlıdır ki, San Diego ən çox pul ödəyən şəhərdir və aylıq 4.100 dollar nəzərdə tutulub. BNG TOP 50 tərtib edən zaman təcrübə imkanları, orta aylıq maaş, iş saatları, yaşam xərcləri və s. analiz edib və nəticədə 50 şəhəri siyahıya salıb.

BNG-nin yeni hesabatına əsaslanaraq burada təcrübəçilərə ən çox pul ödəyən şəhərlərin TOP 10-nu tərtib etdik.

  • ABŞ, San Diego, təcrübəçilər üçün orta aylıq gəlir 4.071 dollar
  • ABŞ, Ann Arbor, təcrübəçilər üçün orta aylıq gəlir 4.000 dollar
  • Avstraliya, Sidney, təcrübəçilər üçün orta aylıq gəlir 3.779 dollar
  • ABŞ, Boston, təcrübəçilər üçün orta aylıq gəlir 3.770 dollar
  • ABŞ, Los Angeles, təcrübəçilər üçün orta aylıq gəlir 3.618 dollar
  • İsveçrə, Zurich, təcrübəçilər üçün orta aylıq gəlir 3.613 dollar
  • İsveç, Stockholm, təcrübəçilər üçün orta aylıq gəlir 3.357 dollar
  • ABŞ, Chicago, təcrübəçilər üçün orta aylıq gəlir 3.223 dollar
  • Kanada, Montreal təcrübəçilər üçün orta aylıq gəlir 3.201 dollar
  • ABŞ, Austin, təcrübəçilər üçün orta aylıq gəlir 3.169 dollar

Mənbə: CNBC.com

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.