Home » TDAM rəhbəri türk dövlətlərinin yay məktəbində çıxış edib

TDAM rəhbəri türk dövlətlərinin yay məktəbində çıxış edib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində keçirilən “Türk dünyası üçün yeni dövr” beynəlxalq yay məktəbində mühazirə oxuyub.

“Qitələri birləşdirən Azərbaycanın Türk Dünyasının iqtisadi inteqrasiyasında rolu” mövzusunda təqdimatında V.Cəfərova Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi regional neft və qaz boru kəmərlərinin tikilməsində təşəbbüskarlığı və həyata keçirdiyi investisiya layihələrinin Xəzər Dənizi hövzəsinin və Türk dünyasının beynəlxalq bazarlara çıxışının təmin edilməsində rolu barədə türk dünyasından olan tədqiqatçılara geniş məlumat verib. TDAM rəhbəri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı  və Bakı-Tbilisi-Qars dəmir yolunun Orta Dəhliz üçün əhəmiyyəti, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat şəbəkəsinin kəsişməsində yerləşən ölkə kimi bu sahəyə qoyduğu investisiyalar, eləcə də Zəngəzur dəhlizinin bərpa edilməsi istiqamətində görülən işləri auditoriyanın diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində Vüsalə Cəfərova Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstanın beyin mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib və onlara İİTKM-in hazırladığı dövri “Türk İqtisadi İcmalı” və “Türk dövlətləri iqtisadiyyatı” kitabını təqdim edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.