

Rusiyalı iş adamı Pavel Durova məxsus olan “Telegram” messenceri 2023-cü ili rekord göstəricilərlə başa vurub.
BBN.az saytının Britaniyanın nüfuzlu Financial Times qəzetinə istinadən yaydığı məlumata görə, şirkət ötən il ərzində 540 milyon dollar həcmində xalis mənfəət əldə edib.
Qeyd olunur ki, özəl şirkət statusuna malik olan “Telegram” rəsmi maliyyə hesabatlarını ictimaiyyətə açıqlamasa da, zaman-zaman biznes fəaliyyətinə dair əsas göstəriciləri investorlarla bölüşür. 2023-cü ilin yekunlarına əsasən, platformanın ümumi gəliri əvvəlki illə müqayisədə dörd dəfə artaraq 1,4 milyard dollara çatıb.
“Telegram” həmçinin istifadəçi sayında da mühüm sıçrayış yaşayıb — aktiv istifadəçilərin sayı bir il ərzində bir milyardı keçib. Analitiklər bu yüksəlişi ilk növbədə ödənişli abunə sisteminin genişlənməsi və messencerin blokçeyn layihəsi TON vasitəsilə kriptovalyutadan əldə edilən gəlirlərlə əlaqələndirirlər.