Home » Teleqramda daxili valyuta yaradılıb

Teleqramda daxili valyuta yaradılıb

by yunus
0 rəy 1 baxış 0 dəqiqə oxuma

Teleqram mesaj mübadiləsi sistemində minitətbiqlərdə rəqəmsal xidmətlər və malların ödənişi üçün daxili valyuta yaradılıb.

BBN.az xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov özünün teleqram kanalında bildirib.

“Bu gün əlamətdar gündür, biz “Telegram Stars”ı işə salırıq – bu, minitətbiqlərdə rəqəmsal xidmətlərə görə ödəniş etmək üsuludur”, – Durov açıqlayıb.

Onun sözlərinə görə, “Telegram Stars”ın vasitəsilə elektron kitablar, kurslar, oyunlarda müxtəlif əşyalar və daha çox şey əldə etmək mümkündür. Bundan əlavə, valyuta “Fragment” platforması vasitəsilə “Toncoin”ə çevrilir.

Yeni valyutadan güzəştli şərtlərlə “Telegram”da tətbiq reklamı almaq üçün də istifadə oluna bilər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.