Mərkəzi banklar tərəfindən idarə edilən rəqəmsal valyuta (CBDC) konsepsiyası artıq uzun müddətdir ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Bir sıra ölkələrdə artıq pilot layihə kimi icrasına başlanılan bu trendin artıq əksər İEÖ-lərdə araşdırma və tərtibat (R&D) proseslərinə başlanılıb.
Mərkəzi bankın rəqəmsal valyutaları mərkəzi bank tərəfindən buraxılan kriptovalyutaya bənzər rəqəmsal tokenlərdir. Onlar həmin ölkənin fiat valyutasının dəyərinə bağlıdır.
Fiat pulu, qızıl və ya gümüş kimi fiziki əmtəə ilə təmin olunmayan dövlət tərəfindən buraxılan valyutadır. O, mal və xidmətlərin mübadiləsi üçün istifadə oluna bilən qanuni ödəniş vasitəsi hesab olunur. Ənənəvi olaraq, fiat pullar əskinaslar və sikkələr şəklində gəlirdi, lakin texnologiya hökumətlərə və maliyyə institutlarına fiziki fiat pulları balansların və əməliyyatların rəqəmsal şəkildə qeydə alındığı kredit əsaslı bir modellə tamamlamağa imkan verdi. Bəzi inkişaf etmiş ölkələrdə fiat pullardan istifadədə əhəmiyyətli azalma müşahidə olunub və bu tendensiya COVID-19 pandemiyası zamanı sürətlənib.
“Tencent”, Çinin mərkəzi bankının dəstəklədiyi rəqəmsal valyutadan istifadə edərək istifadəçilərə əməliyyatlar aparmağa imkan verən elektron pul cüzdanını təqdim etdi.
A/B testindən keçən “Tencent” e-CNY Pulqabı istifadəçilərə “WeChat”da QR kodları vasitəsilə rəqəmsal valyutadan istifadə etməklə əməliyyatlar aparmağa imkan verir. İstifadəçilər proqram vasitəsilə pul köçürə, ödənişləri toplaya və kredit kartı funksiyalarına çıxış əldə edə biləcəklər.
Tələblərə uyğun gəlmək üçün istehlakçılar yanvar ayında “Android” və “Apple” tətbiq mağazalarında gələn mərkəzi bankın e-CNY proqramında “Tencent” rəqəmsal bank törəmə qurumu olan “WeBank”ın elektron pul cüzdanı funksiyasını aktivləşdirməlidirlər.
“WeChat” və “Ant Group’s Alipay” hazırda Çinin ümumi onlayn ödəniş bazarının 94%-nə nəzarət edir.
Məlumat üçün qeyd edək ki, hazırda dünyada 5 ada ölkəsində (Baham adaları, Sent Kit və Nevis, Antiqua və Barbuda, Sent Lucia və Qrenada) CBDC-lərin pərakənda satış sektorunda tətbiqinə start verilib. 14 ölkədə isə pilot layihə olaraq testlərə başlanılıb.