Home » Asiyanın ən böyük çip istehsalçısı rekord mənfəət əldə edib

Asiyanın ən böyük çip istehsalçısı rekord mənfəət əldə edib

by bbnadm
0 rəy 13 baxış 1 dəqiqə oxuma

Koronavirus pandemiyasının dünya iqtisadiyyatında özünü ən çox biruzə verdiyi sahələrdən biri də yarımkeçiricilərdir. Yarımkeçiricilərin istehsalında axsamalar nəticəsində yaranan qıtlıq səbəbindən bir çox beynəlxalq elektronika istehsalçıları tələbi qarşılaya bilmirlər. Ötən il smartfon satışlarında 7%-lik gerilməyə gətirib çıxaran bu tendensiya “Ford”, “Volkswagen” kimi bir sıra nəhəng avtomobil istehsalçılarının da istehsal həcmini azaltmasına səbəb olub.

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” tərəfindən dərc edilən hesabata görə, 20.5 milyard dollarlıq brend dəyəri ilə Asiyanın lider, dünyanın isə ikinci ən böyük yarımkeçirici istehsalçısı olan “TSMC” birinci rüb üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabatlara əsasən, Tayvan mərkəzli şirkətin 2022-ci ilin yanvar-mart ayları ərzində xalis mənfəəti ötən ilin müvafiq dövrünə nisbətdə 45% yüksəlib və 7 milyard dollarlıq rekord səviyyəyə çatıb. Şirkət gəlirləri gözləntiləri üstələyərək 36%-lik artımla 17.57 milyard dollara çatıb. “TSMC” şirkətinin  ikinci rübdə gəlirinin 17.6-18.2 milyard dollar aralığında qərarlaşacağı proqnozlaşdırılır. Bu isə, ötən ilin müvafiq dövrünə nisbətdə 13.3 milyard dollar artım deməkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.