Home » Terminallar vasitəsilə kredit ödənişlərinə komissiya tətbiq edilir? – Açıqlama

Terminallar vasitəsilə kredit ödənişlərinə komissiya tətbiq edilir? – Açıqlama

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Sosial şəbəkələrdə yayılan məlumatlara görə bu aydan MilliÖn və E-manat terminalları ilə kredit ödənişlərinə 1% komissiya tətbiq edilir.

BBN.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq E-manat şirkətindən bildiriblər ki, şirkət müştəriyə 1% komissiya tətbiq etmir.

“Bu komissiyalar banklar tərəfindən tətbiq edilir. Komissiya standart olaraq 1% deyil, fərqli ola bilər. Bu məlumatlar terminalın interfeysində (terminalın birinci səhifəsində) yer alıb. Orada da bank komissiyasının məbləği göstərilir. E-manat müştərinin kredit ödənişinə birbaşa olaraq hər hansı komissiya tətbiq etmir”, – şirkətdən bildiriblər.

MilliÖn-dən isə agentliyə bildirilib ki, şirkət müştəriyə komissiya tətbiq etmir.

“Komissiya banklar tərəfindən tətbiq edilir”, – deyə şirkətdən məlumat verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.