Cümə günü Çinin texnologiya nəhəngi “Huawei”in açıqladığı maliyyə nəticələrinə əsasən 2023-cü ilin I yarısında istehlakçı biznes mənfəəti illik əsasda 2.2% artım nümayiş etdirib.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, maliyyə nəticələri isə Çinin iqtisadi vəziyyətində yaranan çətinlik və 2019-cu ildə ABŞ-ın kompaniya üzərində başlatdığı və davam edən sanksiyalar vaxtı açıqlanıb.
Bildirilir ki, cari ilin I yarısında texnologiya nəhənginin istehlakçı mənfəəti 14.27 milyard dollar (103.5 milyard yuan) olub. Bu isə 2019 və 2022-ci illərdə seqmentin reallaşdırdığı mənfəətdən yarıya qədər azdır. 2.2%-lik inkişaf azdır və şirkətin ümumi mənfəəti isə 3.1% artaraq qeyd edilən dövrdə 310 milyard yuana çatıb. Şirkətin xalis gəlir marjası isə 15% artıb. Öncəki dövrdəkindən 5% yüksəlib.