Home » “The Economist”: 2025–2027-ci illərdə Azərbaycanda orta illik inflyasiya 5%-i ötməyəcək

“The Economist”: 2025–2027-ci illərdə Azərbaycanda orta illik inflyasiya 5%-i ötməyəcək

by Zeyneb
0 comments 1 views 1 minutes read

“The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) Azərbaycanın inflyasiya proqnozunu yaxşılaşdırıb.

EIU 2025–2027-ci illərdə Azərbaycanda orta illik inflyasiyanın 5%-i ötməyəcəyini proqnozlaşdırır. Belə ki, 2025-ci ildə 4,5%, 2026-cı ildə 4,6%, 2027-ci ildə isə 4,7% inflyasiya gözlənilir. Bununla da inflyasiyanın Azərbaycan Mərkəzi Bankının hədəf diapazonu olan 4±2% intervalında qalacağı bildirilib.

Qeyd edək ki, 2026-cı ilin büdcə layihəsinə əsasən, orta illik inflyasiya bu il üçün 5,4%, 2026-cı ildə 4,8%, 2027-ci ildə 4,5%, 2028-ci ildə 4,3%, 2029-cu ildə isə 4,2% səviyyəsində proqnozlaşdırılıb.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2% olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.