
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 15 mlrd. dollar səviyyəsinə çatacaq.
Bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan Economist Intelligence Unit (EIU) proqnozunda qeyd olunub.
Məlumata görə, AMB-nin ehtiyatları 2024-cü ildə 11 mlrd. ABŞ dolları təşkil edib. Proqnozlara əsasən, bu göstərici 2025-ci ildə 14,3 mlrd. dollar, 2026-cı ildə isə 14,8 mlrd. dollar olacaq.
Bundan əlavə, EIU illik idxal həcmlərini 2025-ci ildə 11,61 mlrd. dollar, 2026-cı ildə isə 12,07 mlrd. dollar səviyyəsində proqnozlaşdırıb.
Beləliklə, AMB-nin ehtiyatları ilə 2025-ci ildə idxalı 6,6 ay, 2026-cı ildə isə 6,5 ay qarşılamaq mümkün olacaq.







