Home » Taleh Kazımov: “Yelo Bank”la bağlı hər hansı problem görmürük

Taleh Kazımov: “Yelo Bank”la bağlı hər hansı problem görmürük

by Zeyneb
0 comments 0 views 1 minutes read

“Yelo Bank”la bağlı hər hansı problem müşahidə olunmur.

Bu barədə Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.

Azərbaycan Mərkəzi Bankı sədrinin sözlərinə görə, Avropa İttifaqının sanksiya paketinə Yelo Bankın daxil edilməsi anlaşılmazlığın nəticəsidir.

T.Kazımov qeyd edib ki, bankın Rusiya sisteminə qoşulması Rusiya–Ukrayna münaqişəsindən əvvəl baş verib və həmin sistem artıq fəaliyyətini dayandırıb.

“Yelo Bank həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Sadəcə bank tərəfindən ödənişlərdə müəyyən çətinliklər yarana bilər”, – deyə AMB sədri bildirib.

O əlavə edib ki, məsələnin səbəblərinin araşdırılması üçün müvafiq instansiyalara müraciət olunacaq.

“Ümid edirik ki, növbəti aylarda Aİ qərarını dəyişəcək. Çünki bunun üçün əsas yoxdur”, – deyə T.Kazımov vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.