Home » “Trading Economics”: 2025-ci ildə Azərbaycanda iqtisadi artım 2,5 faiz olacaq

“Trading Economics”: 2025-ci ildə Azərbaycanda iqtisadi artım 2,5 faiz olacaq

by Zeyneb
0 comments 2 views 1 minutes read

Beynəlxalq analitik platforma “Trading Economics” Azərbaycanda yaxın illər üçün ümumdaxili məhsulun (ÜDM) artımı ilə bağlı yeni proqnozlarını açıqlayıb.

Proqnoza əsasən, 2025-ci ildə ölkənin faktiki iqtisadi artımı 2,5 %, ilin dördüncü rübündə isə 3,5 % olacaq.

2026-cı il üzrə rüblük proqnozlara görə:

  • I rüb – 3,7 %,

  • II rüb – 3 %,

  • III rüb – dəyişiklik gözlənilmir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədə 95,2 milyard manat məbləğində ümumi daxili məhsul istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.

Sahələr üzrə dinamika belədir:

  • Neft-qaz sektoru – 1,9 % azalma,

  • Qeyri-neft-qaz sektoru – 2,9 % artım.

ÜDM strukturunda pay bölgüsü isə aşağıdakı kimidir:

  • Sənaye – 34,2 %

  • Ticarət və nəqliyyat vasitələrinin təmiri – 10,5 %

  • Nəqliyyat və anbar təsərrüfatı – 7 %

  • Kənd, meşə təsərrüfatı və balıqçılıq – 6,8 %

  • Tikinti – 6,6 %

  • Turizmlə bağlı yerləşdirmə və ictimai iaşə – 2,8 %

  • İnformasiya və rabitə – 1,8 %

  • Digər fəaliyyət növləri – 20,7 %

Məhsul və idxal üzrə xalis vergilər ÜDM-in 9,6 %-ni, adambaşına düşən ÜDM isə 9 300,3 manat təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.