

ABŞ prezidenti Tramp dövlət başçısı olduğu müddətdə ailəsinin gəliri digər ABŞ prezidentlərinin qazancını üstələyib.
BBN.az xəbər verir ki, “The New York Times” (NYT) keçmiş ABŞ Prezidenti Donald Trampı ölkənin kommersiya baxımından ən uğurlu dövlət başçısı adlandırıb.
Nəşrin araşdırmasına əsasən, Tramp prezident vəzifəsində olduğu müddətdə ailəsi ilə birlikdə digər prezidentlərlə müqayisədə daha çox gəlir əldə edib. Müəlliflər qeyd edirlər ki, Tramp və ailəsi bəzi hallarda geniş ictimai və rəsmi tənqidə səbəb ola biləcək fəaliyyətləri normallaşdıraraq prezidentlik dövründə yüksək kommersiya qazancı əldə ediblər.
Misal olaraq, Tramp haqqında çəkilmiş filmə görə o, Amazon-un qurucusu Ceff Bezosdan 28 milyon dollar gəlir əldə edəcək. Bundan əlavə, ailəsi və biznes tərəfdaşları yeni yaradılan kriptovalyuta üzərindən komissiya formasında artıq 320 milyon dollar qazanıblar. Həmçinin xarici ölkələrdə daşınmaz əmlakla bağlı milyardlarla dollarlıq razılaşmalar həyata keçirilib.
Eyni zamanda Vaşinqtonda “Executive Branch” adlı eksklüziv klubun açılması planlaşdırılır. Klubun giriş haqqı isə 500 min dollar təşkil edir.
Nəhayət, bir həftə əvvəl Qətər tərəfindən Trampa 400 milyon dollar dəyərində ultra lüks Boeing 747-8 tipli təyyarənin təqdim olunacağı vəd edilib.