Turizm sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!

Noyabrın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzinin təşkilatçılığı və Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə turizm sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Mədəni turizmdə klasterləşmənin səmərəliliyi” mövzusunda onlayn təlim keçiriləcək.

Təlimin təşkilində məqsəd mədəni turizmin mahiyyəti, “KOB klaster” anlayışı, turizm sahəsində klasterlərin yaradılması, klasterlərlə bağlı qanunvericilikdəki yeniliklər, mədəni turizmdə klasterləşmənin səmərəliliyi barədə turizm sahəsində fəaliyyət göstərən sahibkarları məlumatlandırmaqdır.

Onlayn təlimdə iştirak etmək istəyən KOB ümayəndələri https://bit.ly/2UiWV0plinkinə daxil olmaqla tədbirə qoşula bilərlər (İD: 555 222 1504, Parol: 2221504).

QEYD: Təlimdə iştirak etmək istəyən KOB-ların texniki dəstəyə ehtiyacı olarsa Xaçmaz KOB İnkişaf Mərkəzinə ((+994) 55 222 15 04 və ya xacmaz@kobim.az) müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır