Home » “Türk Dövlətləri İqtisadiyyatı” kitabı İstanbulda TDT-nin görüşündə təqdim olunub

“Türk Dövlətləri İqtisadiyyatı” kitabı İstanbulda TDT-nin görüşündə təqdim olunub

by Aytac
0 rəy 3 baxış 2 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birlikdə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabı Türkiyənin İstanbul şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun 14-cü görüşündə təqdim olunub.

Kitabı İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifələrini icra edən Ayhan Satıcı təqdim edib. O bildirib ki, bu kitabın yazılmasında məqsəd Türk dövlətlərində cərəyan edən müsbət iqtisadi trendlərin vahid iqtisadi mənbədə cəmləşdirilməsidir.  Həmçinin kitabda Türk dövlətlərinin TDT çərçivəsində regionda güclənən geoiqtisadi və geosiyasi mövqeləri həm çoxtərəfli, həm də ikitərəfli perspektivdə nəzərdən keçirilib.

Qeyd edək ki, “Türk Dövlətləri İqtisadiyyatı” kitabı iki hissədən ibarətdir. Birinci hissə Türk dövlətlərinin iqtisadiyyatı barədə ümumi, ikinci hissə isə hər bir ölkənin son 10 ildə qeydə alınmış iqtisadi göstəricilərinə dair spesifik məlumatlardan ibarətdir. Məlumatlar bir neçə istiqamət üzrə qruplaşdırılıb. Belə ki, kitabda Türk dünyası ölkələrinin iqtisadiyyatı makro və mikro səviyyədə təhlil edilib. Türk dünyasında birgə əməkdaşlıq mexanizminə müqayisəli yanaşma sərgilənib, hər bir müstəqil dövlətin Türk dünyasındakı rolu araşdırılıb, eləcə də Türk dünyasında imkanlar və inkişaf perspektivləri təqdim olunub. Kitabda Türk dövlətlərinin çoxtərəfli ticarətinə təsir edən amillərə “Qravitasiya modeli” əsasında yanaşılıb, Zəngəzur Dəhlizinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələrinin perspektivinə və qarşılıqlı iqtisadi münasibətlərinə təsiri təhlil olunub. Həmçinin “Qraflar nəzəriyyəsi”nə istinad etməklə Türk dünyasında birbaşa xarici investisiya və ticarət dinamikasının təhlili aparılıb. Bundan başqa, Türk dövlətlərinin iqtisadi əməkdaşlığının institusional əsasları “Türk dünyası 2040 vizyonu” kontekstində araşdırılıb.

“Türk Dövlətləri İqtisadiyyatı” kitabının yazılmasında yeddi Türk dövlətinin iqtisadi tədqiqatlar sahəsində tanınmış 35-dən artıq alimi iştirak edib. Kitabın elmi redaktoru İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlıdır.

İngilis dilində hazırlanan kitabın yazılmasında Qazaxıstanın İqtisadi Araşdırmalar İnstitutu, Qırğızıstan Respublikasının Prezidenti yanında Milli Strateji Araşdırmalar İnstitutu, Qırğızıstan Respublikasının Milli Elmlər Akademiyası, Özbəkistanın İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzi, Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutu və Budapeşt Metropolitan Universiteti, Bursa Uludağ Universiteti, UNEC-in Türk Dünyası İqtisad Fakültəsi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu kimi beyin mərkəzləri yaxından iştirak edib.

Qeyd edək ki, kitabın təqdimatı Türk dövlətlərinin hər birində keçiriləcək. Bundan başqa, kitabın nüsxələri həmin dövlətlərin əsas elmi kitabxanalarına göndəriləcək.

Kitabla təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://bitly.ws/ULvI.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.