Home » Türk İnvestisiya Fondu maliyyə əməliyyatlarına başlamağa hazırlaşır

Türk İnvestisiya Fondu maliyyə əməliyyatlarına başlamağa hazırlaşır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Türk İnvestisiya Fondu (TIF) institusional inkişaf mərhələsini yekunlaşdırıb və yaxın vaxtlarda maliyyə əməliyyatlarının icrasına başlamağa hazırlaşır.

Bu barədə Fondun prezidenti Bağdad Amreyev məlumat verib. Onun sözlərinə görə, TIF beynəlxalq tərəfdaşlıqlar və aparıcı qlobal maliyyə institutları ilə əməkdaşlıq vasitəsilə kapitallaşmanı genişləndirməyi planlaşdırır.

B.Amreyev bildirib ki, Fond Türk dünyasının qlobal tərəfdaşlarla iqtisadi əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm platforma olacaq və fəaliyyətinin üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcəyinə əmindir.

Qeyd edək ki, Türk İnvestisiya Fondu 2024-cü il mayın 18-də Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis edilib. Fondun əsas məqsədi türkdilli ölkələrdə dövlət və özəl layihələrin dəstəklənməsi, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm sahələrinə investisiyaların cəlb edilməsi və iqtisadi artıma dəstək verməkdir.

Macarıstanın Fondun iştirakçısı kimi qoşulmasından sonra nizamnamə kapitalı 100 milyon ABŞ dolları artırılaraq 600 milyon ABŞ dollarına çatdırılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.