Türkiyədə banklar hal-hazırda davam edən koronavirus tendensiyası ilə əlaqədar bir sıra tədbirlər görürlər. Banklar müştərilərinə göndərdikləri məlumatlandırma qeydlərində zəruri vəziyyət yaranmadıqca bank filiallarına getməməyin, təmassız ödənişlərin artırılmasının və bankomatlardan istifadə zamanı QR koddan istifadənin vacibliyini vurğulayıblar.
Baş ofisləri və filiallarında çalışan bir çox işçilərini evdən işləməyə yönləndirən banklar əhalini bank əməliyyatlarının həyata keçirilməsi üçün mümkün qədər mobil və internet bankçılığına yönəltməyə çalışırlar.
Bununla yanaşı, banklar bankomatlardan istifadə edən şəxslər üçün gündəlik məxaric limitini gözəçarpan həcmdə artırıb və fərqli bankın bankomatından istifadə zamanı tutulan komissiya xərclərini ləğv edib.