0
Türkiyə Bank Tənzimlənməsi və Nəzarəti Agentliyi (BDDK) bank sektorunun əsas göstəricilərini özündə cəmləşdirən hesabat yayımlayıb. Hesabata əsasən, fevral ayının sonuna Türkiyə banklarının aktivləri 2020-ci ilin başlanğıcına nisbətdə 221.87 milyard lirə (4.9%) artaraq 4 trilyon 712 milyard 688 milyon lirə səviyyəsində qərarlaşıb.
Bununla yanaşı fevral ayında ilin əvvəlinə nəzərən bank sektorunun kredit portfeli 4.4% artıb. Bank sektorunun net gəlirləri isə 15.13 milyard lirə səviyyəsində qərarlaşıb.