Home » Türkiyə lirəsinin dollar qarşısında hansı sürətdə dəyər itirib? – DİNAMİKA

Türkiyə lirəsinin dollar qarşısında hansı sürətdə dəyər itirib? – DİNAMİKA

by bbnadm
0 comments 0 views 1 minutes read

Son aylarda valyuta bazarlarında ən çox müzakirə olunan mövzulardan biri də türk lirəsinin dollar qarşısında sürətlə dəyər itirməsi olub. Hazırda 12.63 səviyyəsində dövr edən USD/TRY məzənnəsi 23 noyabr tarixində 13.44 səviyyəsinə qalxaraq tarixinin ən aşağı göstəricisini qeydə alıb. Digər tərəfdən isə, Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən davamlı olaraq faiz dərəcəsinin endirilməsi də valyutanın volatilliyinə təsir göstərən amillərdəndir. Sonuncu dəfə, TCMB 18 noyabr tarixində uçot dərəcəsini 16%-dən 15%-ə endirib.

Ümumilikdə isə tarixə nəzər saldıqda, türk lirəsinin geriləmə sürətinin son dövrlərdə daha da sürətlənməsi müşahidə olunub. Belə ki, 1 ABŞ dollarının 1 lirədən 2 lirəyə qədər yüksəlməsi 9 il ərzində baş verib və 2013-cü ilə təsadüf edib. Digər tərəfdən isə, cəmi üç il sonra sözügedən məzənnə 3 lirə səviyyəsini keçib. Ümumilikdə dolların lirə qarşısında artım tendensiyasını aşağıdan izləmək mümkündür:

1 lirə2 lirə 9 il
2 lirə3 lirə3 il
3 lirə4 lirə 2 il
4 lirə5 lirə 1.5 il
5 lirə6 lirə 1 il
6 lirə7 lirə 5 ay
7 lirə8 lirə 3 ay
8 lirə9 lirə 2 ay
9 lirə10 lirə 1 ay
10 lirə11 lirə 7 gün
11 lirə12 lirə 4 gün
12 lirə13 lirə 3 saat

Türkiyə Respublikası hökumətinin bu istiqamətdə əsas tədbirlərindən biri olaraq “Cumhurbaşkanlığı Yıllık Programı” çərçivəsində 2022-ci ildə rəqəmsal türk lirəsinin istifadəyə verilməsi planlaşdırılıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.