Home » “Nissan” 2 trilyonluq investisiyaya hazırlaşır

“Nissan” 2 trilyonluq investisiyaya hazırlaşır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Yaponiyanın nəhəng avtomobil istehsalçılarından olan “Nissan Motor Co” bazarda yerini möhkəmləndirmək cəhdlərinə başlayıb. Şirkətin keçmiş direktoru Carlos Ghosn ilə bağlı 2018-ci ildə yaranan skandal nəticəsində “Nissan” səhmlərinin dəyəri 30%-dən çox geriləyib. Son üç il ərzində yaranan sakitçilik nəticəsində bazarda öz mövqeyini qoruyan şirkət yeni layihəyə başlamağı planlaşdırıb.

“Nissan Motor Co” tərəfindən tərtib edilən “Nissan Ambition 2030” yol xəritəsi şirkətin bugün keçirilən iclasında ictimaiyyətə açıqlanıb. Yol xəritəsinə əsasən, şirkət növbəti beş il ərzində elektriklə işləyən avtomobil bazarına keçidi sürətləndirmək məqsədilə 2 trilyon yen (17.6 milyard dollar) məbləğində investisiya planı hazırlayıb.

“Nissan” şirkəti “Leaf” modeli ilə elektromobil bazarına daxil olan ilkin avtomobil istehsalçılarından olsa da, bu elektromobil satışları ümumi istehsalın cəmi 2%-lik hissəsini təşkil edib. Hazırki investisiya planına əsasən isə, 5 il ərzində həyata keçirilən 2 trilyonluq investisiya nəticəsində 2026-cı ildə elektromobil istehsalının 55%-ini Yaponiya, 40%-ini Çin, qalan 5%-ini isə ABŞ bazarına yönəldəcək. Ümumilikdə isə, 15-i tam elektrik olmaqla, 23 yeni modelin istehsalı planlaşdırılıb.   

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.