Home » Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb

Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb

by Zeyneb
0 comments 0 views 0 minutes read

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ehtiyat göstəricilərini açıqlayıb.

BBN.az xəbər verir ki, Mərkəzi Bankın ümumi ehtiyatları 24 oktyabr həftəsində 12,9 milyard dollar azalaraq 185,5 milyard dollara enib. Qurumun ehtiyatları bundan öncə, 17 oktyabr həftəsində 198,4 milyard dollarla tarixi maksimum səviyyəyə çatmışdı.

Hesabat dövründə TCMB-nin qızıl ehtiyatları 111,17 milyard dollardan 104,66 milyard dollara düşüb ki, bu da tarixi azalma kimi qeydə alınıb.

Bankın valyuta ehtiyatları isə 87,27 milyard dollardan 80,8 milyard dollara qədər azalıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.