Türkiyə Mərkəzi Bankının xalis mənfəəti azalıb

Türkiyə Mərkəzi Bankı (TCMB) 2019-cu il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata istinadən, qurumun 2019-cu il üzrə xalis mənfəət göstəricisi 2018-ci ilə nəzərən 30%-dən çox geriləyərək 44.73 milyard lirə (7.87 milyard dollar) səviyyəsində qərarlaşıb.

TCMB xalis faiz gəlirləri 2018-ci ilə nəzərən 6.4% artaraq 18.97 milyard lirə (3.34 milyard dollar) olub. Qeyri-faiz gəlirləri isə 25.5% azalaraq 36.04 milyard lirə ( 6.34 milyard dollar) səviyyəsinə enib. Komissiya və xidmətlərdən əldə edilən gəlirlər 14% yüksəlib və 772.3 milyon lirə (135.9 milyard dollar) olub. 2019-cu il üzrə büdcəyə vergi ödəmələri isə 11.05 milyard lirə olub.

2019-cu il üzrə TCMB qızıl rezervləri 556 ton həcmində olub. Bu isə, ümumi ehtiyatların 25.7%-i deməkdir. Qurumun əməkdaşlarının sayı ötən dövr ərzində 3874 nəfər artıb. Həmçinin, TCMB ilin sonuna dollar/lirə məzənnəsinin proqnozunu 6.9277 səviyyəsindən 7.0180 səviyyəsinə yüksəldib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır