Türkiyədə işsizlik artıb

Türkiyə Statistika Orqanının (TürkStat) 2019-cu ilin dekabr ayına açıqladığı göstəricilərə görə, Türkiyədə işsizlik 13.7% (4.394 milyon nəfər) səviyyəsindədir. Bu isə, 2018-ci ilin müvafiq dövrünə əsasən, 2.1% (92 min nəfər) artım deməkdir.

Qeyd edək ki, TürkStat-ın dekabr ayına açıqladığı göstəricilərdə də qeydiyyatsız məşğulluq 32.3%, 15-24 yaş aralığında olan gənclər arasında qeydə alınan işsizlik isə 25% civarında qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır