Home » Türkiyədə sənaye istehsalı azalıb

Türkiyədə sənaye istehsalı azalıb

by bbnadm
0 comments 0 views 1 minutes read

Türkiyə Statistika Ofisi (TURKSTAT) mart ayında Türkiyədə sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, sənaye istehsalı 2019-cu ilin mart ayına nisbətdə 2% azalıb. Sektorlar üzrə nəzər saldıqda isə, mədən və karxana istehsalı üzrə indeks 5.6%, emal sənayesi üzrə indeks 1.9%, energetika üzrə indeks isə 0.9% geriləyib.

2020-ci ilin fevral ayının göstəriciləri ilə müqayisə etdikdə isə, sənaye istehsalında 7.1%-lik geriləmə müşahidə olunur. Aylıq dəyişkənlik mədən və karxana istehsalında 2.2%-lik azalma, emal sənayesi üzrə 7.5%-lik azalma, energetika sahəsi üzrə isə 5.7%-lik azalma ilə səciyyələnir.

Qeyd edək ki, birinci rüb ayı üzrə sənaye istehsalı göstəricisində illik 4.4%-lik artım müşahidə olunub.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.