Home » Türkiyə ilə sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş yenilənir

Türkiyə ilə sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş yenilənir

by anar
0 comment 1 views 1 minutes read

Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlığa dair 17 iyul 1998-ci ildə imzalanmış sazişin müasir dövrün tələblərinə uyğun yenilənməsi işləri aparılır.

Məqsəd saziş çərçivəsində hər iki ölkə vətəndaşlarının sosial müdafiə alətləri ilə əhatə olunma dairəsinin genişləndirilməsidir.

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti qardaş Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyində olub. İki Nazirliyin ekspertləri arasında keçirilən görüşdə sözügedən sazişin yeni layihəsinin mətni razılaşdırılıb və hazırda bu sənəd üzərində qarşılıqlı olaraq texniki düzəlişlər həyata keçirilir.

Səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertem, Türkiyə Sosial Müdafiə Qurumunun sədri Raci Kaya ilə görüşləri olub.

Görüşlərdə iki ölkə arasında mövcud olan möhkəm qardaşlıq və dostluq münasibətlərinin sosial müdafiə sahəsini də əhatə etdiyi vurğulanıb. Sosial müdafiə sahəsində əməkdaşlığın bundan sonra da daim genişlənəcəyinə əminlik ifadə olunub.

Yenilənmiş saziş layihəsi hər iki ölkə vətəndaşlarının pensiya və müavinətlə təminatı, sosial müdafiəsi sahəsində qarşılıqlı fəaliyyət üzrə əməkdaşlığı nəzərdə tutur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.