2
Oktyabrın 26-da Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda uçot faiz dərəcəsini 5 faiz bəndi artırılaraq 30%-dən 35%-ə yüksəldilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, uçot faiz dərəcəsi tənzimləyicinin cari ilin sentyabrın 21-də keçirilmiş iclasında 25%-dən 30%-ə çatdırılmışdı.