Home » Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Maliyyə Nazirliyində olub

Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Maliyyə Nazirliyində olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov yanvarın 28-də Türkiyə Respublikası Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksəl Aşanla görüşüb.

Görüşdə dövlət başçıları arasında mövcud olan sıx dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi, hökumət orqanları arasında da əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Göksəl Aşan uğurla inkişaf edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensialın olduğunu vurğulayıb, müxtəlif sahələrdə, o cümlədən iki ölkə arasındakı ticarət münasibətlərindəki hesablaşmaların yerli valyutadan istifadə etməklə həyata keçirilməsi, maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları, iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyi, İstanbul Maliyyə Mərkəzində Azərbaycanın maliyyə qurumlarının daha fəal təmsil olunması və digər maraq doğuran məsələlərə dair  fikirlərini bölüşüb.

Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, maliyyə və bank sektorlarının gücləndirilməsi tədbirləri, investisiya siyasəti, maliyyə və büdcə idarəetməsi, Yeni Büdcə Qaydasının tətbiqi, orta xərclər çərçivəsi planlamasına keçid və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, iki ölkə arasında investisiya, ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün böyük potensial mövcuddur.
Sonra G.Aşan Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.
 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.