0

Türkiyə Statistika Komitəsi dekabr ayı üçün inam indekslərini açıqlayıb.
İstehlakçı inam indeksi bu ay ötən ay ilə müqayisədə 3.1 faiz azalaraq 68.9 faizə çatıb. Maliyyə vəziyyətinə inam indeksi 5.3% geriləyərək 65.2, ümumi iqtisadi vəziyyətə inam indeksi 2.2% azalaraq 66.7, səviyyəsinə geriləyib.
Dekabr ayında sektoral inam indeksi də zəifləyib. Belə ki, xidmət sektorunun inam indeksi 0.5% zəifləyərək 118.8 olub. Pərakəndə sektora inam 0.4% azalıb. Tikinti sektorunun inam indeksi isə 3.9% azalaraq 90 səviyyəsində qərarlaşıb.





