Home » Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

by anar
0 comments 1 views 1 minutes read

Aprelin 26-27-də ölkəmizdə “Bakı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi, Bakı Sağlamlıq Sərgisi” keçiriləcək. Türkiyə Palatalar və Birjalar Birliyinin, DEİK Səhiyyə İş Şurasının və Xidmət İxracatçıları Assosiasiyasının dəstəyi, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə ALZ International tərəfindən təşkil olunan sərgidə qardaş ölkənin qabaqcıl xəstəxanaları, klinikaları, termal müəssisələri və həkimləri iştirak edəcəklər.

Sərgiyə gələn qonaqlar müxtəlif sahələrdən mütəxəssis həkimlərlə görüşəcək, müalicə ehtiyacları haqqında fikir əldə etmək, estetik əməliyyatlar haqqında məlumat almaq, saç əkimi mütəxəssisləri ilə görüşə biləcəklər. Həmçinin diş müalicəsi və gülüş estetikasında ən son trendləri, dünya səviyyəli ginekoloqlarla görüşə, SPA, reabilitasiya mərkəzlərini kəşf edə biləcəklər.

Eyni zamanda Türkiyədə çox böyük inkişaf yolu keçmiş və yeniliklərin tətbiqi üzrə məşhur olan onkologiya sahəsində ixtisaslaşmış səhiyyə müəssisələri ilə tanış olmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, Baku Hilton otelində keçiriləcək sərgiyə 26 aprel cümə və 27 aprel şənbə günləri saat 11:00-dan 18:00-dək pulsuz daxil ola biləcəksiniz.

Qeyd edək ki, dünya sağlamlıq turizminin parlayan ulduzu olan Türkiyəyə 2024-cü ildə müalicə üçün 2 milyondan çox əcnəbinin gəlməsi proqnozlaşdırılır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.