“Twitter” səhmləri bu xəbərdən sonra yüksəlib

Sosial media nəhənglərindən olan “Twitter” səhmlərində artım qeydə alınıb. Belə ki, elektromobil istehsalçısı “Tesla” şirkətinin təsisçisi Elon Mask sözügedən sosial media qurumunun 9.2%-lik səhm payını satın aldığını açıqladıqdan sonra, “Twitter” səhmlərinin birja dəyəri 26% yüksəlib. Hazırda, birjada səhmləri 48.72 dollardan satış əməliyyatları həyata keçirilən “Twitter” ümumi bazar kapitalizasiyası 31.47 milyard dollar səviyyəsindədir.

Ümumi dəyəri 2.9 milyard dollar məbləğində dəyərləndirilən satınalma yekununda “Elon Musk Revocable Trust” fondu ümumilikdə 73 milyon 486 min 938  “Twitter” səhminə sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır