Home » Uğurlu rebrendinqin 4 əsas elementi

Uğurlu rebrendinqin 4 əsas elementi

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Rebrendinq prosesi uzun illərdir ki, biznes mühitində mövcuddur və bir çox şirkətlər tərəfindən istifadə edilir. Hətta bəzi hallarda rebrendinq prosesi vasitəsilə şirkətlər müflisliyin astanasından qayıdaraq biznes modellərini təkmilləşdirə biliblər. Rebrendinq prosesinin uğurlu alınması və uzunmüddətli dövrdə şirkət gəlirlərinə müsbət təsirinin artırılması üçün əsas dörd elementin diqqətdə saxlanılması məqsədəuyğundur.

Məhsul dizaynı ilə başlanğıc. Əksər hallarda, şirkətlərdə biznes modellərinin uğursuz olması və gəlirlərin zamanla azalmasının əsas səbəbi kimi məhsulların cəlbediciliyinin azalması olur. Bu səbəbdən, rebrendinq prosesinin ilkin olaraq məhsulların dizaynından başlanması məqsədəuyğundur. Bu sahədə, “Apple” və “Gucci” şirkətlərindən nümunə gətirmək olar. “Apple” şirkətinin rəhbərliyinə 1997-ci ildə Stiv Cobs qayıtdıqdan dərhal sonra “İphone” məhsullarının dizaynında kəskin dəyişikliklər edilərək daha cəlbedici görkəmə gətirilib. Bu minvalla edilən bir sıra rebrendinqlərin nəticəsində şirkətin gəliri artan templə 1998-ci ildə 309 milyon, 1999-cu ildə isə 601 milyon dollar olub. ELəcə də, “Gucci” brendi məhsullarında rebrendinq nəticəsində 2015-ci ildə əməliyyat gəlirlərində rüblük 86%, illik isə 21.7%-lik artıma nail olub.

Yeni brendin hekayəsi. Yeni brend yaradıldıqda, istehlakçıların diqqətinin cəlb edilməsi üçün ən vacib faktorlardan biri kontekstin mövcudluğudur. Belə ki, biznes mühitində məhsuldan daha çox məhsulun hekayəsinin satılması daha gəlirlidir. Bununla yanaşı, bu yolla müştəri ilə emosional bağlılıq yaranır və brendə qarşı etibar formalaşır.

Yerli ənənələrlə harmoniya. Daha çox lokal radiusda fəaliyyət göstərən şirkətlərə aid edilən bu konsepsiya da rebrendinq prosesinə böyük təsir göstərən amillərdəndir. Nümunə olaraq, Cənubi Koreyada k-pop tipli musiqilərin yayılması nəticəsində bir çox şirkətlər rebrendinq və marketinq strategiyalarını bu yöndə yönəldərək bazar payını artırmağa nail olub. Yerli adət-ənələlərlə uyğunlaşma şirkətlərə əhali ilə bağlılıq yaratmağa da dəstək göstərir.

Müştərilərin yaxından tanınması. Hazırda, biznes sahəsində informasiya ən böyük və ən dəyərli aktiv hesab edilir. Bununla belə, müştəri məlumatlarına sahib olan bir çox şirkətlər bundan yetərli qədər istifadə edə bilmir. Şirkətlər rebrendinq prosesindən əvvəl detallı data analitikası prosesləri nəticəsində istehlakçıların hansı məhsul və xidmətlərə daha çox üstünlük verdiklərini aşkara çıxara və rebrendinq proseduru ərzində bu sahələrə diqqətin artırılmasına yönələ bilər.

Ümumilikdə isə, rebrendinq prosesi vaxt və səy tələb edən prosesdir və brend dəyərinin yaradılması prosesi qısamüddətli dövrdə deyil uzun müddətdən sonra formalaşa bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.