Home » Ukraynada kriptovalyuta leqallaşdırılıb

Ukraynada kriptovalyuta leqallaşdırılıb

by bbnadm
0 comment 0 views 1 minutes read

Dünya ölkələrinin rəqəmsallaşmaya doğru illərdir sürətlə irəliləməsinə baxmayaraq, kriptovalyutalar hələ də bir çox istehlakçılara qaranlıq qalmaqdadır. Kriptovalyutalar bir sıra dünya ölkələrində qadağa edilsə də, bu yöndə irəliləyən ölkələr də mövcuddur.

Bu ölkələrdən biri isə hazırda müharibə şəraitində olan Ukrayna Respublikasıdır. Belə ki, ötən ay hazırlanan və yaxın günlərdə təsdiqlənən qanunvericilik layihəsi əsasında, kriptovalyutalar rəqəmsal aktivlər fonunda qanun çərçivəsində mübadilə edilə biləcək və kripto şirkətlər rəsmi bank hesabı əldə edə biləcəklər.

Məlumat üçün qeyd edək ki, qanunvericilik layihəsinin təsdiqində Ukraynaya edilən ianələrin də böyük rolu olub. Rusiya-Ukrayna arasında baş verən gərginlik dövründə Ukrayna ordusunun maddi-texniki təminatının balanslaşdırılması məqsədilə “Повернись живим” təşkilatı vasitəsilə kriptovalyuta və token formasında ümumilikdə 100 milyon dollar dəyərində ianə həyata keçirilib.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.