Home » Ümid qaz-kondensat yatağında yeni quyunun qazılmasına start verildi

Ümid qaz-kondensat yatağında yeni quyunun qazılmasına start verildi

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Ümid” yatağındakı Ümid-1 platformasında olmuş, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirmiş və yeni quyunun qazılmasına start vermişdir. Şirkət rəhbərinə istehsalat ərazisində həyata keçirilən təmir işləri barədə məlumat verilmiş, qeyd edilmişdir ki, “Ümid” yatağından hasilatın tezləşdirilməsi üçün Ümid -1 platformasından əlavə 2 quyu qazılacaq.Yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 milyon kubmetrdən 6,6 milyon kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq, istifadəyə verilmişdir.

SOCAR prezidentinin iştirakı ilə Ümid-1 platformasında yeni hasilat quyusunun qazılmasına start verilmişdir. Quyunun layihə dərinliyi 6270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra “Ümid” yatağından qaz hasilatının gündəlik 3-3.5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırılması gözlənilir. Yeni quyunın layihələndirilmə işləri SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnistutu tərəfindən aparılmış, Böyük Britaniyanın məşhur Norwell mühəndislik şirkəti ilə razılaşdırılmışdır. Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılmışdır. İlk dəfə olaraq burada bütün qazma prosesi “Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti tərəfindən idarə ediləcəkdir.

2010-cu ildə, Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş ilk yataq olan “Ümid” Xəzər dənizində, Bakıdan cənub istiqamətində 40 kilometr məsafədə yerləşir. İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından indiyədək ümumilikdə 3,4 milyard kubmetr qaz və 540 min ton kondensat çıxarılmışdır. Hazırda yataqda bir platformadan 3 quyu istismar edilir.

Qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın (Ümid-2) tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılmışdır. “Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalı üçün gündəlik 24 milyon kubmetr ötürücü gücündə Daşgil-2 terminalı tikilir. Çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaqdır. Terminalın 2019-cu ilin sentyabrında başlanılmış tikinti işləri hazırda davam etdirilir. Gələcəkdə “Babək” strukturunda qazılacaq kəşfiyyat quyusundan hasil olunacaq məhsulun boru xətti vasitəsilə Ümid-1 platformasına, oradan isə sualtı xətt ilə Daşgil-2 terminalına nəql edilməsi nəzərdə tutulmuşdur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.