Unibank daha beş vətəndaşımızın şəxsi biznes yaratmaq arzusunu gerçəkləşdirdi

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfəbank daha beş vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Gəncə sakinləri Maxruq Mustafayeva və Qabil Rzayev, Xaçmaz şəhərində yaşayan  Nailə Hüseynova, Quba sakini Sakit Əmirbalayev və Bakı sakini Zaur Hacıyev özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibankəməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.  

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır