
Unibank KB ASC-də daha bir mühüm kadr dəyişikliyi həyata keçirilib. Bankdan verilən məlumata görə, Ağacanov Ülvi Nərman oğlu 17 oktyabr 2025-ci il tarixindən etibarən Rəqəmsal Mühəndislik Departamentinin Direktoru vəzifəsinə təyin edilib.
O, bu təyinatadək Proqram təminatı üzrə Arxitektor kimi (Proqramlaşdırma və inkişaf departamenti – Digital laboratoriya şöbəsi) fəaliyyət göstərib.
Ülvi Ağacanov 14 fevral 2022-ci ildən Unibank komandasına qoşulub. Bank sektoruna gəlməzdən əvvəl “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC, “EVRODİZAYN” QSC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-də çalışıb.
Yeni direktor ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında Kompüter mühəndisliyi ixtisası üzrə alıb, Bakı Mühəndislik Universitetində isə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edib.







