2
24 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında kütləvi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Unibank Kommersiya Bankı” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2017002026 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu / forması | Kütləvi / Birqiymətli |
İstiqrazların sayı | 11,000 (ədəd) |
İlkin ticarət qiyməti | 1000 ABŞ Dolları |
İstiqrazların buraxılış həcmi | 11,000,000 ABŞ Dolları |
İllik gəlirlilik faizi | 8% |
Ödəmə periodu | ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir |
Tədavül müddəti | 6 il |
Ticarətə buraxılma tarixi | 26.12.2024 |
Anderrayter | “Unicapital İ.Ş.” ASC |