Home » Unibank sahibkarlar üçün yeni kampaniya keçirir

Unibank sahibkarlar üçün yeni kampaniya keçirir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Unibank kiçik sahibkarlığın inkişafını dəstəkləmək, onların böyümə planlarına təkan vermək məqsədilə mikro kreditlər üzrə yeni güzəşt kampaniyası keçirir. Fevralın 28-dək davam edəcək kampaniya, sahibkarlara daha əlçatan və müxtəlif seçim imkanları verən sərfəli maliyyə fürsətləri yaradır.

Kampaniya çərçivəsində sahibkarlar öz bizneslərinin ehtiyaclarına uyğun güzəşt variantını seçmək imkanı əldə edirlər. Kampaniyanın şərtləri sahibkara həm faiz yükünü, həm də komissiya xərclərini azaltmaq imkanı verir. Seçimlər içərisində 0 % komissiyadan, kreditin illik faiz dərəcəsinə 5 %-dək endirimlər mövcuddur. Kampaniya 50 000 AZN-dək girovsuz mikro kreditləri əhatə edir.

2026-cı ildə biznesini daha da böyütmək istəyən mikro sahibkarlar bu fürsətdən faydalana bilərlər.

Sahibkarlar “Unibank”ın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Sədərək”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan”, “Beyləqan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.

Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial media hesablarından (www.facebook.com/unibank.az,  https://www.instagram.com/unibank.az/) əldə etmək olar.

Unibank – Sənin Bankın!

 

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.