Home » Unibankda yeni təyinatlar

Unibankda yeni təyinatlar

by Zeyneb
0 comments 1 views 1 minutes read

Unibankda bir sıra vacib kadr dəyişiklikləri baş tutub.

Quliyev İlkin Adik oğlu İdarə Heyətinin üzvü və Pərakəndə biznes və Marketinq üzrə Baş İnzibatçı təyin edilib. O, 15 ilə yaxın bankçılıq təcrübəsinə malikdir və Unibankda 4 aprel 2025-ci ildən etibarən çalışır. İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin və İngiltərənin Nyukasl Biznes Universitetinin məzunudur. Həmçinin, CİMA sertifikatlarına sahibdir.

Babayev Rasim Vaqif oğlu Marketinq departamentinin direktor vəzifəsindən Fərdi Bankçılıq Departamentinin direktoru vəzifəsinə keçirilib. Rasim Babayev Unibankda 2010-cu ildən fəaliyyət göstərir və Qafqaz Universitetində Beynəlxalq hüquq üzrə təhsil alıb.

Salamov Cavanşir Elçin oğlu Məhsul Sahibi vəzifəsindən Məhsul inkişafı və satış şöbəsinin müdiri vəzifəsinə təyin olunub. O, Rusiya Dövlət Neft və Qaz Universitetinin Menecment fakültəsinin məzunudur və Unibankda 2022-ci ildən çalışır.

Oreşnikov Konstantin Gennadyeviç Pərakəndə Kredit Risklərinin idarə edilməsi Departamentində Portfel hesabatı və analitikası şöbəsinin müdiri vəzifəsinə təyin olunub. O, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib və Royal Bank, Bank VTB kimi maliyyə qurumlarında iş təcrübəsinə malikdir.

Quliyev Şamxal Yasin oğlu Rəqəmsal Mühəndislik Departamentində IOS mobil tətbiqlərin inkişafı şöbəsinin Funksional Sahə Rəhbəri vəzifəsinə gətirilib. Şamxal Quliyev Fatih Universitetinin Kompüter Mühəndisliyi fakültəsini bitirib və bir neçə bank və IT şirkətlərində çalışıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.