0
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.
BBN.az xəbər verir ki, hərrac 27 yanvar 2020-ci il tarixində keçiriləcək. Saat 11:00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 100 000 000 ( yüz milyon ) manat vəsaitin cəlb edilməsi planlaşdırılır.
Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 5,76% – 7,49 % aralığındadır.
Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.