Home » Vahid Ələkbərov ilk onluqda yerini qoruyub – RENKİNQ

Vahid Ələkbərov ilk onluqda yerini qoruyub – RENKİNQ

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Forbes” jurnalı dünya biznesmenlərinin sərvətlərinin həcminə görə renkinqini açıqlayıb. Siyahıda Rusiyanın müxtəlif sektorlarda fəaliyyət göstərən 88 biznesmeni və onların sahib olduğu sərvətlərin dəyəri qeyd olunub. Belə ki, hesabata görə Rusiyanın ən varlı biznesmenlərinin ümumi sərvəti 2021-ci ilə nəzərən 42% azalıb və 353 milyard dollar səviyyəsində qərarlaşıb.

2022-ci ildə Rusiyanın ən varlı biznesmeni adını Vladimir Lisin qazanıb. Qara metallurgiya sahəsində fəaliyyət göstərən “NLMK” holdinqinin prezidenti vəzifəsini icra edən, ötən il 26.2 milyard dollarlıq sərvətə malik olan Vladimir Lisinin sərvəti bu il 18.4 milyard dollara geriləsə də, sanksiyalar səbəbindən böyük sərvət itirərək beşinciliyə geriləyən Aleksey Mordashovun liderliyini əlindən ala bilib. Vladimir Lisin hazırda dünya sıralamasında 87-ci yerdə qərarlaşıb.

Siyahıda diqqət cəlb edən digər bir məqam isə həmyerlimiz Vahid Ələkbərov renkinqdə geriləməsi olub. Belə ki, “Lukoil” şirkətinin əsas səhmdarı 2021-cu ildə 24.9 milyard dollarlıq sərvət ilə dördüncü yerdə qərarlaşıb. 2022-ci ildə isə, Vahid Ələkbərovun sərvəti 10.5 milyard dollara geriləyərək siyahıda onuncu yeri tutub.

Rusiyanın ən varlı 20 biznesmeni isə aşağıdakı kimidir:

SıraBiznesmenŞirkətSektorSərvəti (milyard dollar)Qlobal reytinqdə tutduğu yer
1Vladimir LisinНЛМКQara metallurgiya18.487
2Vladimir PotaninИнтерросƏlvan metallurgiya17.397
3Pavel DurovTelegram MessengerTexnologiya15.1123
4Leonid MixelsonНоватэкNeft qaz14130
5Aleksey MordaşovСеверстальƏlvan metallurgiya13.2138
6Mixail FridmanLetterOneNeft və maliyyə11.8161
7Alişer UsmanovUSMƏlvan metallurgiya11.5167
8Gennadiy TimçenkoНоватэкNeft kimya11.3173
9Andrey MelniçenkoЕврохимEnergetika11.1177
10Vahid Ələkbərov ЛукойлNeft10.5188
11Mixail ProxorovОнэксимİnvestisiya10.3192
12Dmitriy BuxmanPlayrixTexnologiya8.1276
13İqor BuxmanPlayrixTexnologiya8.1276
14German XanLetterOneNeft və maliyyə7.8297
15Yuriy MilnerBreakthrough PrizeTexnologiya7.3325
16Nikolay StoronskiyRevolutFintech7.1337
17Roman AbramoviçЕвразDaşınmaz Əmlak6.9351
18Viktor RaşnikovММКQara metallurgiya6.6376
19Dmitriy RıbolovyevМагнетиксMaqnitoterapiya6.6376
20Aleksey KuzmıçevLetterOneNeft və maliyyə6425

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.