Home » Valyuta mübadiləsi məntəqələrinin səlahiyyətli şəxsləri ilə görüş keçirilib – Foto

Valyuta mübadiləsi məntəqələrinin səlahiyyətli şəxsləri ilə görüş keçirilib – Foto

by anar
0 comments 5 views 0 minutes read

Mərkəzi Bankın təşəbbüsü ilə istehlakçıların hüquqlarının qorunması istiqamətində keçirilən növbəti görüşdə valyuta mübadiləsi məntəqələrinin səlahiyyətli şəxsləri iştirak edib.

Görüş zamanı Mərkəzi Bank tərəfindən ünvanlanmış müraciətlərin qanunvericiliyin tələbinə uyğun olaraq cavablandırılması istiqamətində təşkilatlarda funksionallıqların artırılması məsələləri diqqətə çatdırılıb. Həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, istehlakçıların maliyyə xidmətlərinə dair suallarının və müraciətlərinin ünvanlandırılması prosesində əlçatanlığın təmin olunması üçün respublika ərazisində fəaliyyət göstərən valyuta mübadiləsi məntəqələrində Mərkəzi Bankın “966” qaynar xətti ilə bağlı məlumat yerləşdirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.