Home » Velosiped yolları ilə bağlı dövlət standartı qəbul edilib

Velosiped yolları ilə bağlı dövlət standartı qəbul edilib

by anar
0 comments 0 views 1 minutes read

Dövlət standartı şəhər ərazisində və yollarında velosiped yollarına dair tələblərə, layihələndirmə və təşkili qaydalarını əhatə edir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən TS 9826 “Şehiriçi yollar – Bisiklet yolları” standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları” dövlət standartı qəbul edilib.

Dövlət standartı velosipeddən istifadənin təşviqi, ölkə ərazisində uyğun infrastruktur – velosiped yollarının və zolaqların yaradılması, əhalinin velosiped sürməyə artan marağı, həmçinin bu sahənin insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti nəzərə alınmaqla hazırlanıb.

Dövlət standartı “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.