Yanvarın 31-də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı maarifləndirilməsi üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə onlayn tədbir keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin texniki dəstəyi ilə təşkil olunmuş onlayn maarifləndirmə tədbirində Vergilər Nazirliyinin nümayəndələri dövlət vergi siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə sahibkarları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.
Sahibkarların onlayn tədbirə daha rahat qoşulmaları üçün KOBİA-nın inzibati binasında, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində zəruri təşkilati və texniki imkanlar yaradılıb.
Maarifləndirmə tədbirdən ümumilikdə 500-ə yaxın sahibkar yararlanıb.