Home » Visa Nurlan Hacıyevi baş direktor, Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin etdi

Visa Nurlan Hacıyevi baş direktor, Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin etdi

by bbnadm
0 rəy 21 baxış 3 dəqiqə oxuma

Visa şirkəti Nurlan Hacıyevin baş direktor, Azərbaycan üzrə menecer vəzifəsinə təyin edilməsini elan edib. Bu yeni rolda c-b Hacıyev, Visa-nın banklara, pərakəndəçilərə və kart sahiblərinə verdiyi dəyəri artıraraq, Azərbaycanda elektron ödəmələr biznesinin inkişafını diqqət mərkəzinə qoyacaq.  

“Visa-nın Azərbaycanda biznes inkişafı strukturunda təşkilatı dəyişikliklər şirkətin ölkədə böyük artım iddialarını əks etdirir. Nurlan Hacıyev artıq 9 il ərzində Visa komandasının dəyərli üzvü olaraq, müştərilərlə münasibətlərin möhkəmləndirilməsi, biznes inkişafı strategiyasının qəbulu və icrası məsələləri ilə məşğul olmuşdu. Yeni rolda o, bu işidavam etdirəcək, eləcə də yerli komandanın inteqrasiyasını və uyğunluğunu təmin edəcək. Vəzifə yüksəlişi münasibəti ilə təbrik edirəm!”, – Visa-nın vitse-prezidenti, Azərbaycan və Mərkəzi Asiya üzrə regional meneceri Kristina Doroş söylədi.

2013 ildə Visa-ya qoşulduqda Nurlan Visa-ya bankçılıq, marketinq, biznes inkişafı və ödəniş kartları sahələrində qazandığı 9 illik təcrübəsini özü ilə gətirdi. Visa-ya gəlməmişdən dərhal öncə Nurlan Hacıyev DəmirBankda ödəniş kartları şöbəsinin rəisi vəzifəsində əkvayrinq, ödəmə məhsulları, ödəniş kartları ilə bağlı risklər və rəqəmsal kanalların inkişafı məsələlərinə cavabdeh idi. DəmirBankdan qabaq Nurlan UniBankda çalışaraq marketinq və biznes inkişafı istiqamətlərini idarə edirdi. Azərbaycan üçün dönüş nöqtəsi olmuş Visa Token Xidmətinin və Apple Pay layihələrinin icrası, ilk B2B Connect xidmətinin təqdim olunması kimi layihələrə töhfə verməklə ilə yanaşı Nurlan sair böyük nailiyyətlərlə də fəxr edə bilər. 

“Visa-nın Azərbaycanda biznes inkişafı üzrə direktor vəzifəsində fəaliyyətimin davamı olaraq, Visa komandası ilə birgə ölkədə nağdsız iqtisadiyyatın inkişafını davam etdirmək mənim üçün böyük sevincdir. Son bir neçə ildə işgüzar tərəfdaşlar, müştərilər və tənzimləyici qurumlarla sıx əlaqədə işləyərək, müştərilərə və tərəfdaşlara daha çox fayda vermək, bazarda rolumuzu gücləndirmək, ödəmələrin gələcəyini istiqamətləndirmək və Azərbaycanda innovasiyaların önündə  getməkdən iftixar hissi keçirirəm,” – deyərək Nurlan Hacıyev qeyd etdi.

Visa korporasiyası haqqında məlumat

Visa Inc. rəqəmsal ödənişlərdə dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.