Almaniyanın ən böyük avtomobil istehsalçılarından olan üçüncü rüb göstəricilərində elektriklə işləyən avtomobillərin satışında rekord göstərici açıqlayıb. Belə ki, iyul-sentyabr ayları ərzində şirkət ümumilikdə 122 min 100 ədəd elektriklə işləyən avtomobil satışı həyata keçirib. Bu isə, ötən ilin müvafiq rübü ilə müqayisədə 109% çoxdur.
Elektromobil satışında əsas payı Çin bazarı təşkil edib. Belə ki, üçüncü rüb ərzində Çində 28 min 900 ədəd “Volkswagen” markalı elektrikli avtomobil satılıb. Ötən ilin müvafiq rübündə bu göstərici 18 min 300 olub.
Ümumilikdə isə, 2021-ci ilin əvvəlindən etibarən “Volkswagen” şirkəti 293 mindən çox elektriklə işləyən avtomobil satışı həyata keçirib. Bu isə, şirkətin ümumi avtomobil satışının 6%-lik hissəsinə bərabərdir.