Home » Vüsal Qasımlı İmişlidə “Əsrin müqaviləsi” mövzusunda keçirilən konfransda çıxış edib

Vüsal Qasımlı İmişlidə “Əsrin müqaviləsi” mövzusunda keçirilən konfransda çıxış edib

by Aytac
0 rəy 3 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ““Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfransda çıxış edib. Konfransda İmişli RİH başçısı Elçin Rzayev, ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunun şöbə rəisi, dosent Xıdır İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransdan əvvəl Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Çıxış edənlər bildiriblər ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” kimi möhtəşəm neft müqaviləsi imzalanıb. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Qeyd olunub ki, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin şəxsən iştirakı ilə “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin təməli qoyulub. Vurğulanıb ki, “Əsrin müqaviləsi” Ulu Öndərin birinci, “Bakı-Tbilisi-Ceyhan” neft boru kəməri isə ikinci şah əsəridir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.